...

AZƏRBAYCAN VƏ PAKİSTAN TURİZM SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALAYACAQ

Cəmiyyət Materials 1 Avqust 2005 15:50 (UTC +04:00)

Azərbaycan və Pakistan turizm sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.Azərbaycanın gənclər, idman və turizm Nazirliyində "Tpend" agentliyinə bildirilib ki, saziş layihəsi işlənib-hazırlanma mərhələsindədir.

Sənəddə Azərbaycan tərəfinin ölkədə turizmin inkişafı saşəsində investisiyaların cəlb edilməsi üzrə təklifləri, müştərək müəssisələrin yaradılması üzrə layihələr, Azərbaycanın və Pakistanın tarixi yerlərinə turist səyahətlərinin təşkili, hər iki ölkənin iri şəhərlərində turizm informasiya mərkəzlərinin yaradılması və digər məsələlər öz əksini tapacaq.

Nazirlikdə bildirilib ki, ilin sonunadək sənəd razılaşdırılacaq və imzalanacaq.

Bundan başqa, turizm üzrə biznes-forumun keçirilməsi də planlaşdırılır.Forumda hər iki ölkənin turizm potensialınin təqdimatı keçiriləcək.Forum çərçivəsində iqtisadiyyyatın bu sahəsinə vəsait qoyulması perspektivlərinə dair müfəssəl məlumatı əhatə edən sərgilər təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti