...

SENTYABRDA İSRAİLD ƏAZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 4 Avqust 2005 19:20 (UTC +04:00)

Sentyabr ayında İsraildə Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Trend in məlumatına görə, bu barədə avqustun 4-də Bakıda keçirilən mətbuat konfransında Azərbaycanda diplomatik missiyasını başa vuran İsrail səfiri Eytan Naye bildirib.

Səfir qeyd edib ki, son 4 il ərzində Azərbaycan-İsrail əlaqələri iqtisadi və mədəni sahələrdə intensiv inkişaf edir.

Təhsil sahəsində əməkdaşlığa gəldikdə, səfir qeyd edib ki, son illər ərzində hər iki ölkənin ali məktəbləri arasında əlaqələr möhkəmlənib. Xüsusilə Azərbaycan Dövlət Universiteti, Dillər Universiteti, "Xəzər" universiteti Təl-Əviv, Yerusəlim və Xayfanın ali məktəbləri ilə əlaqələr qurub.

"İsrailin ali məktəbləri dünyanın 500 ən yaxşı ali məktəbləri sırasına daxildir. Sözsüz ki, mövcud əlaqələr ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişlənməsində özünü müsbət şəkildə göstərəcək", - deyə diplomat vurğulayıb.

Sonda səfir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini şərh edib: "Bu məsələdə İsrailin mövqeyi əvvəlki kimi dəyişməz olaraq qalır. Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir".

Xəbər lenti

Xəbər lenti