...

E. NAYE: TURİZM SAHƏSİNDƏ AZƏRBAYCAN-İSRAİL ƏMƏKDAŞLIĞININ POTENSİALI TÜKƏNMƏZDİR

Cəmiyyət Materials 4 Avqust 2005 20:31 (UTC +04:00)

Turizm sahəsində Azərbaycan-İsrail əməkdaşlığının potensialı sonadək istifadə olunmamışdır. Trend agentliyi bildirir ki, avqustun 4-də Bakıda keçirilən mətbuat konfransında İsrailin Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Eytan Naye bu barədə bildirib.

Səfir qeyd edib ki, son dörd ildə Azərbaycana gələn İsrail turistlərinin sayı çox artıb.Həmçinin İsrailə gedən Azərbaycan turistlərinin sayı artıb.

E.Nayenin fikrincə, turizmin inkişafının digər perspektiv istiqaməti Azərbaycan hava limanları vasitəsilə İsrailin Şərqi Asiya ölkələri ilə tranzit məlumat imkanıdır.

" Bu yaxınlarda "AZAL" dövlət konserni Bakıdan Dehliyə reys açıb ki, bu da İsrail vətəndaşları üçün Hindistana qısa yolu təmin edir"-deyə İsrail diplomatı qeyd edib.O, bildirib ki, "tranzit" Həm Azərbaycana, həm də İsrailə sərfəlidir.

Sonda E. Naye kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafımövzusuna toxunaraq xatırladıb ki, son aylar ərzində İsrail sahibkarları tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 10 mln. dollar sərmayə qoyulması barədə müqavilələr imzalanıb.

"İsrail sahibkarları Azərbaycanın təkcə turizm və kənd təsərrüfatı sahəsinə deyil, həm də respublikanın proqram təminatı və energetika sahəsinə də böyük maraq göstərirlər"-deyə diplomat qeyd edib.O, bildirib ki, iqtisadi əməkdaşlıq Azərbaycan-İsrail əlaqələrinin inkişafının prioritet istiqamətidir.

Xəbər lenti

Xəbər lenti