...

ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATININ BAŞA ÇATMASINA İKİ TUR QALIB

Cəmiyyət Materials 6 Avqust 2005 11:52 (UTC +04:00)

İsveçin Höteburq şəhərində keçirilən şahmat üzrə Avropa çempionatının altıncı turunda şahmatçılarımız Ukraynanın olimpiya çempionları üzərində parlaq qələbə qazandıqdan sonra yeddinci turda Hollandiya idmançılarına 1.5:2.5 hesabı ilə məğlub olublar.

Trend agentliyi bildirir ki, Teymur Rəcəbovun Lyuk Van Veli və Vüqar Həşimovun təcrübəli Yan Timmanla görüşündə qısa heç-heçə qeydə alınıb. Şəhriyar Məmmədyarov və İ.Sokolov 80-ci gedişdə heç-heçə ilə görüşü başa vurub. Yalnız Qadir Hüseynov Erik Van Den Doelin idarə etdiyi ağ fiqurların hücumuna dözməyib.

7 turdan sonra çempionatın lideri 12 xalla İsrail və Hollandiya komandalarıdır.Üçüncü yeri hələlik 11 xalla fransızlar tutur. Polşa, Yunanıstan və Gürcüstan yığmalarının 10 xalı vardır. İdmançılarımız hələlik 9 xalla onuncudur.Bu gün şahmatçılarımızı təcrübəli alman idmançıları ilə çətin mübarizə gözləyir.

Xəbər lenti

Xəbər lenti