...

SƏHİYYƏ SAHƏSİNDƏ 4 QANUN LAYİHƏSİNİN TƏSDİQ EDİLMƏSİ GÖZLƏNİLİR

Cəmiyyət Materials 6 Avqust 2005 14:54 (UTC +04:00)

Hazırda səhiyyə sahəsində 4 qanun layihəsi Azərbaycan parlamentində nəzərdən keçirilir.Bu barədə Trend agentliynə AR səhiyyə nazirliyində bildirilib.

Ölkə parlamenti aşağıdakı qanunları nəzərdən keçirməli və qəbul etməlidir: "Tibbi sığorta haqqında"; " Psixi sağlamlığın qrunması haqqında"; "Vərəm xəstələrinə yardım göstərilməsi və onlara zəmanət verilməsi haqqında" və " Əhalinin immunprofilaktikası haqında". Nazirlikdə bildirilib ki, həmin qanun layihələri parlamentin növbəti çağırışında qəbul edilə bilər.

Nazirlikdə qeyd edilib ki, əhaliyə tibbi yardımın təşkili və göstərilməsi sahəsində islahatların aparılması güclü qanunvericiliyin və hüquqi bazanın yaradılması ilə bilavasitə bağlıdır.

Bu gün səhiyyə sektorunda, xüsusilə əhalinin sağlamlığının qorunması haqqında, əhalinin sanitar-epidemioloji rifahının qorunması haqqında, donor qanı və onun komponentləri haqqında, SPİD-in profilaktikası üzrə tədbirlər haqqında, əczaçılıq fəaliyyəti haqqında və s. 5-6 qanun təsdiq edilib.

Bundan başqa, immun profilaktikası, vərəmlə mübarizə, SPİD-in profilaktikası, malyariya ilə mübarizə və onun profilaktikası, ailə planlanması və reproduktiv sağlamlıq və s. üzrə Milli proqram qəbul edilib.

Xəbər lenti

Xəbər lenti