...

SİYASİ MƏHBUSLAR ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI 16 AVQUSTA TƏYİN OLUNUB

Cəmiyyət Materials 11 Avqust 2005 17:37 (UTC +04:00)

Hüquq müdafiəçiləri və dövlət orqanlarının nümayəndələrindən ibarət siyasi məhbus problemi üzrə işçi qrupunun iclası avqustun 16-da keçiriləcək. Bu barədə Trend ə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Onun sözlərinə iclasın vaxtını işçi qrupunun parlamentdən olan üzvləri təyin ediblər.

İclas Milli Məclisdə keçiriləcək, bir sıra məhbusların məsələsi müzakirəyə çıxarılacaq, işçi qrupuna daxil olan şikayətlərə baxılacaq. Hüquq müdafiəçiləri qarşı tərəfə təqdim etdiyi amnistiya layihəsi barədə maraqlanacaqlar. Ölkədə amnistiya tətbiq edilməsi ilə bağlı, həmçinin həmin layihə ətrafında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti