...

EKOLOGİYA NAZİRLİYİ GÖY-GÖL MİLLİ PARKININ YARADILMASI ÜÇÜN BEYNƏLXALQ MALİYYƏ İNSTİTUTLARINI CƏLB ETMƏK NİYYƏTİNDƏDİR

Cəmiyyət Materials 11 Avqust 2005 18:33 (UTC +04:00)

Azərbaycanın Ekologiya və təbii ehtiyatlar Nazirliyi Göy-Göy Milli Parkının yaradılması üçün beynəlxalq maliyyə institutlarının cəlb edilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə Trend ə Nazirlikdən məlumat veriblər.

Yeni park bir hissəsi Gəncə və Xanlar rayonlarının ərazisində yerləşən Daşkəsənin yay otlağlarına birləşdirmək planlaşdırılıb. Ekologiya Nazirliyi bu rayonların icra hakimiyyətlərinə milli park üçün sahə ayrılması barədə müvafiq bəyanatlarla müraciət edib.

Bu məsələnin yaxın vaxtlarda öz həllini tapacağı gözlənilir. Göy-Göl Dövlət qoruğu 1925-ci ildə yaradılıb. Qoruğun ərazisində Göy-göl gölü yerləşir, region palıd, fıstıq, vələs, qaraçöhrə meşələri ilə zəngindir. Burada adı Qırmızı kitaba daxil edilmiş flora nümunələri mövcuddur.

Bu yer turizmin inkişafı üzrə böyük potensiala malikdir.

Xəbər lenti

Xəbər lenti