...

BAKIDA HƏRBİ QULLUQÇULAR ARASINDA GÜLƏŞ ÜZRƏ DÜNYA ÇEMPİONATI KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 15 Avqust 2005 12:10 (UTC +04:00)

Azərbaycan gələn il hərbi qulluqçular arasında sərbəst və yunan-roma güləş növləri üzrə dünya çempionatını qəbul edəcək. MOİK rəhbəri Natiq Əliyevin Trend ə bildirdiyinə görə, Beynəlxalq idmançı-hərbi qulluqçular ittifaqı bu yarışın paytaxtımızda təşkil olunmasına müsbət yanaşıb.

O qeyd edib ki, təşkilatın rəhbəri Covanni Qola bu yaxınlarda Bakıya səfəri gedişində azərbaycanlı həmkarlarına bu və ya digər idman növü üzrə mundial keçirməyi təklif edib. Respublikanın yüksək nəticə göstərə biləcək güclü atletlərə malik olduğu nəzərə alınaraq güləş idman növünə üstünlük verilib.

N.Əliyevin sözlərinə görə, 2004-cü ilin payızında Bakıda hərbi qulluqçular arasında cüdo üzrə dünya çempionatı keçirilib və bu sahədə müəyyən təcrübə əldə olunub. N.Əliyev belə hesab edir ki, bu nüfuzlu yarışda da xalça sahibləri uğurla çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti