...

ŞAHMATÇILARIMIZ İSPANİYADA UĞURLA ÇIXIŞ EDİBLƏR

Cəmiyyət Materials 17 Avqust 2005 15:55 (UTC +04:00)

İspaniyanın şimalında yerləşən Aviles şəhərində gənc şahmatçıların ənənəvi 10-cu turniri keçirilib.

Bu yarışların baş hakimi, Azərbaycanın Şahmat Federasiyasının prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun Trend ə bildirdiyinə görə, Bakı şəhəri Nəsimi rayon və Şəmkir şahmat məktəblərinin şahmatçıları bu turnirdə uğurla çıxış ediblər.

Festivalda dünyanın Rusiya, Macarıstan, Polşa, Belorus və s. kimi 9 aparıcı şahmat ölkəsindən 120 gənc şahmatçı iştirak edib.

12 yaşa qədər şahmatçılar turnirində Zaur Məmmədov (Nəsimi ŞM) birinci yeri, Araz Hacıyev isə (Şəmkir ŞM) üçüncü yeri tutublar.

14 yaşa qədər şahmatçılar turnirində Elşad Məmmədov ikinci yerə layiq görülüb.

O, reytinqsiz turnirdə üçüncü, Rahib Məmmədov birinci, Təbriz İdrisov isə ikinci yerə layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti