...

"MOLLA NƏSRƏDDİN" JURNALININ YUBİLEYİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT OLUNUB

Cəmiyyət Materials 18 Avqust 2005 20:01 (UTC +04:00)

Səkkiz aydan sonra 100 yaşı tamam olan "Molla Nəsrəddin" jurnalının yubileyinin təntənəli şəkildə qeyd olunması üçün Azərbaycan Mətbuat Şurası prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Müraciətdə bildirilir ki, "Molla Nəsrəddin" jurnalının nəşri nəinki Azərbaycanın, ümumilikdə Şərq aləminin ictimai həyatında mühüm hadisə olub. Buna görə də həmin nəşrin yubileyinin təkcə respublika paytaxtında və ayrı-ayrı bölgələrdə deyil, habelə digər ölkələrdə də geniş miqyasda qeyd olunmasının vacibliyi vurğulanır.

Müraciətdə əlamədar yubielyin YUNESKO səviyyəsində keçirilməsinin zəruriliyi də qeyd olunur, Azərbaycan prezidentindən bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsinə kömək göstərməsi xahiş edilir.

Müraciətdə həmçinin "Molla Nəsrəddin" jurnalının elmi cəhətdən öyrəlinməsində əsasən ideoloji aspektlərə üstünlük verildiyi bildirilir. Bu isə həmin ədəbi məktəbin müstəqil Azərbaycanın yaratdığı obyektiv istiqamətdən tədqiqini zərurətə çevirir.

Sənəddə göstərilən daha bir məsələ jurnalın faksimile nəşrinin sürətləndirilməsiylə bağlıdır. Belə ki, təqdim olunması nəzərdə tutulan 103 cilddən indiyədək cəmi iki cildi işıq üzü görüb. Bu prosesin sürətləndirilməsinə ehtiyac duyulduğu dövlət başçısının diqqətinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti