...

GÜRCÜSTAN HÖKUMƏTİ AXSI TÜRKLƏRİNİN "REPATRİASİYA HAQQINDA QANUN"UN HAZIRLANMASINDA FƏAL İŞTİRAKINA YOL VERMİR

Cəmiyyət Materials 22 Avqust 2005 16:41 (UTC +04:00)

Gürcüstan hökuməti axsı türklərinin "Repatriasiya haqqında qanun"un işlənib hazırlanmasında fəal iştirak etmələrinə yol vermir. Bu qanuna əsasən, onlar özlərinin tarixi vətənləri olan Samsxe-Cavaxetiyaya qayıda biləcəklər. Bu barədə Trend ə axsı türklərinin Azərbaycandakı "Vətən" cəmiyyətinin sədri İbrahim Bürhanov məlumat verib.

Onun sözlərinə görə, "Vətən" cəmiyyəti və Azərbaycanda yaşayan axsı türkləri ziyalıları özlərinin tarixi vətənlərinə qaytarılmaları tələbi ilə formalaşmış Azərbaycan-Gürcüstan əlaqələrini pozmaq niyyətində deyillər.

Onun müavini Çingiz Neymanzadə qeyd edib ki, axısı türklərinin öz hüquqlarının bərpa olunması və vətənlərinə qaytarılması uğrunda mübarizəsi Gürcüstanda bir sıra icazə verilməmiş mitinqlər istisna olmaqla, Avropada zorakı metodların istifadə edilmədiyi yeganə milli hərəkatdır.

Xatırladaq ki, hazırda Azərbaycanda təxminən 80 min axsı türkü yaşayır. Onlar əsasən Sabirabad, Saatlı, Quba və Xaçmaz rayonunda məskunlaşıblar.

Xəbər lenti

Xəbər lenti