...

AVROPA ÇEMPİONU VİTALİ RƏHİMOV POLŞADA BÜRÜNC MÜKAFAT QAZANIB

Cəmiyyət Materials 23 Avqust 2005 12:34 (UTC +04:00)

Yunan-roma güləşi üzrə Azərbaycan komandası Polşada başa çatmış beynəlxalq turnirdə bürünc medal qazanıb. Trend in məlumatına görə, bu mükafata 60 kq-a qədər çəki dərəcəsində Avropa çempionu Vitali Rəhimov layiq görülüb.

Xalça üzərinə həmçinin Rövşən Bayramov (55 kq) və İlqar Əbdülov (74) da çıxıblar, lakin onların çıxışı uğursuz olub.

Olimpiya çempionu Fərid Mənsurov aldığı zədə ilə əlaqədar turnirdə iştirak etməyib. Lakin buna baxmayaraq o, Macarıstanda keçiriləcək dünya çempionatında rəqibi olacaq idmançıların çıxışını izləmək üçün Polşaya yola düşüb.

Qeyd etmək lazımdır ki, Polşaya səfər "klassiklər" üçün sentyabrda keçiriləcək planet birinciliyi ərəfəsində sonuncu yoxlama yarışı idi.

Xəbər lenti

Xəbər lenti