...

YUNESKO İÇƏRİŞƏHƏRİN VƏZİYYƏTİNİ ÖYRƏNMƏK ÜÇÜN BAKIYA EKSPERTLƏR GÖNDƏRƏCƏK

Cəmiyyət Materials 26 Avqust 2005 12:41 (UTC +04:00)

YUNESKO İçərişəhər tarixi-memarlıq kompleksinin vəziyyətini öyrənmək üçün Azərbaycana ekspertlərini göndərəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə avqustun 26-da YUNESKO-nun baş direktoru Koişiro Matsuura bildirib.

O, bu qərara Azərbaycana səfəri çərçivəsində köhnə şəhərlə tanışlıqdan sonra gəlib. Direktor qeyd edib ki, İçərişəhər YUNESKO tərəfindən qorunan qeyri-maddi mədəni abidələr siyahısına daxil edilib. K.Matsuura kompleksin vəziyyətindən narazı olduğunu və təşkilatın onun bərpası üzrə işlərin həyata keçirilməsinə böyük diqqət ayıracağını bildirib. "YUNESKO-nun ekspert komissiyası bu sahədə işlərin həcmini müəyyənləşdirəcək", - deyə baş direktor qeyd edib.

Xəbər lenti

Xəbər lenti