...

SİDNEY OLİMPİYA ÇEMPİONU NAMİQ ABDULLAYEV DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏ BİLƏR

Cəmiyyət Materials 30 Avqust 2005 16:30 (UTC +04:00)

Sərbəst güləş üzrə Sidney olimpiadasının qalibi Namiq Abdullayev sentyabrda Budapeştdə keçiriləcək çempionatda iştirak edə bilər.

Trend in məlumatına görə, milli komandanın məşqçi qərargahı mundial zamanı güləşçinin xidmətlərindən istifadə etmək niyyətindir. Mundial onun üçün Afina Olimpiadasından sonra ilk start olacaq. Olimpiadadan sonra N.Abdullayev Polşada yoxlama turnirində çıxış edərək 5-ci yeri tutub və məşqçilər bu göstəricidən son dərəcə razı qalıblar. Buna görə də dünya çempionatında milli yığmanın tərkibində onun da iştirak edəcəyi gözlənilir, bundan başqa, o, bu vaxta qədər heç bir oyunda qalib gəlməyib.

Eyni zamanda Afina Olimpiadasından sonra taym-aut götürmək qərarına gələn Arif Abdullayevin də yarışda iştirak edəcəyi sual altındadır.

Xəbər lenti

Xəbər lenti