...

MAYNS UNİVERSİTETİNİN BİR QRUP TƏLƏBƏSİ AZƏRBAYCANA GƏLİB

Cəmiyyət Materials 7 Sentyabr 2005 19:10 (UTC +04:00)

Almaniyanın Maynz Universitetində təhsil alan türkdilli tələbələrdən ibarət bir qrup gənc Azərbaycana səfərə gəlib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səfərin əsas məqsədi Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkəmizin iqtisadi inkişafı və digər məsələlərlə bağlı daha ətraflı məlumat əldə etməkdən ibarətdir. Türk tələbələr bu məlumatlar əsasında Azərbaycan haqında həqiqətləri Almaniya ictimaiyyətinə çatdırmağı planlaşdırırlar.

Səfər zamanı tələbələr Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində də olacaq, həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının üzvləri ilə görüşəcəklər.

Qonaqlar Azərbaycanda idarəetmə orqanlarının və siyasi partiyaların iş prinsipləri haqqında informasiya toplamağa çalışacaqlar. Bundan başqa türk tələbələr Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və soyqırım aktları barədə də ətraflı məlumat əldə etmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti