...

TEYMUR RƏCƏBOVUN KLUBU AVROPADA ÜÇÜNCÜDÜR

Cəmiyyət Materials 26 Sentyabr 2005 11:58 (UTC +04:00)

Şahmat üzrə klublar arasında keçirilən Avropa Çempionlar kuboku uğrunda turnir başa çatıb. Trend in xəbər verdiyi kimi, 7 günlük yarışlarda üç klub - Rusiyanın Tomsk-400, Polşanın Poloniya Plyus və Fransanın NAO Çess Klubları hərəsi 12 xal toplayıb.

Lakin partiyalarda toplanmış xalların cəmi üzrə birinci yeri Rusiya şahmatçıları tutublar. NAO klubu isə 3-cü yerdə qərarlaşıb.

Beləliklə, Teymur Rəcəbovun yer aldığı komanda klublararası şahmat üzrə Avropa Çempionatının bürünc medalına layiq görülüb.

Qrossmeyster V.Haşımovun oynadığı "Mərməris" klubu 18-ci yerdə, Ş.Məmmədyarov və R.Məmmədovun oynadıqları "Əczaçıbaşı" klubu isə 24-cü yerlə kifayətlənməli olub.

Xəbər lenti

Xəbər lenti