...

UELS YIĞMASININ LİDERLƏRİ AZƏRBAYCANA QARŞI OYNAYACAQLAR

Cəmiyyət Materials 1 Oktyabr 2005 14:17 (UTC +04:00)

Uels yığmasının tanınmış futbolçuları oktyabrın 12-də Kardiffdə keçiriləcək 2006-cı il dünya çempionatının seçmə matçında Azərbaycan komandasına qarşı oynayacaqlar.

Trend in məlumatına görə, komandanın baş məşqçisi Con Toşak qarşıdakı matçda iştirak etmək üçün "Seltik"in forvardı Con Hartsonu, "Blekbern"in hücumçusu Kreyq Bellamı və "Mançester Yunayted"in yarımmüdafiəçisi Rayan Qiqqzi yığmaya çağırıb. Bununla yanaşı, komandanın əsas müdafiəçilərindən olan Mark Delani ağır zədə aldığından bu matçda iştirak etməyəcək. Eləcə də "Sanderlend"in oyunçusu Deni Kollinz və qapıçı Deni Koyn da zədə aldıqlarından oyunda iştirak etməyəcəklər.

Qeyd etmək lazımdır ki, Uels seçmə qrupun turnir cədvəlinin sonunda, Vaqif Sadıqovun yetirmələri isə bir bənd yuxarıda yer alıb.

Uels-Azərbaycan matçını FİFA-nın isveç hakimlərindən ibarət briqada idarə edəcək. Meydanda hakim Martin Hansson, Henrik Andren və Yoahim Flink isə onun köməkçiləri, dördüncü hakimi isə Martin İnqvarsson olacaq.

Xəbər lenti

Xəbər lenti