...

ALTAY HƏSƏNOV: "BİZ YIĞMAMIZDAN ÇOX ŞEY GÖZLƏYİRİK"

Cəmiyyət Materials 3 Oktyabr 2005 18:41 (UTC +04:00)

"Biz yığmamızdan çox şeylər gözləyirik və ümid edirik ki, zəriflik yaxşı nəticələr göstərəcək". Bu barədə Trend ə bədii gimnastika üzrə dünya çempionatının təşkilat komitəsinin vitse-prezidenti Altay Həsənov məlumat verib. O qeyd edib ki, gimnastlar çox yaxşı hazırlıq keçiblər və onlar Bakıya çox yaxşı formada gəliblər. Bu zaman A.Həsənov qeyd edib ki, bədii gimnastikada son zamanlara qədər stereotiplər mövcud idi və mükafatları yalnız bir neçə ölkənin nümayəndələri qazanırdılar. "Bakıda Dünya Kubokunun mərhələləri bu stereotipi qırdı və bizim gimnastlar sübut etdilər ki, fəxri kürsünün ən yüksək pilləsi uğrunda mübarizə apara bilərlər", -deyə vitse-prezident qeyd edib.

Qeyd etmək lazımdır ki, çempionatda mükafatlar uğrunda şəxsi hesabda 131 gimnast və qrup tapşırıqları üzrə 21 komanda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti