...

AZƏRBAYCAN OMBUDSMANI ANS-İN ŞƏKİ BÜROSUNUN FƏALİYYƏTİNİN BƏRPA EDİLMƏSİ ÜÇÜN ÇIXIŞ EDİB

Cəmiyyət Materials 3 Oktyabr 2005 20:40 (UTC +04:00)

Azərbaycanda parlament seçkiləri ərəfəsində əhaliyə və namizədlərə ölkədə baş verən proseslər, namizədlərin seçkiqabağı platformaları barədə hərtərəfli informasiya çatdırılması, eləcə də söz azadlığı və plyuralizmin təmin edilməsi üçün imkanlar yaradılmalıdır.Azərbaycanın ombudsman aparatında Trend ə bildirilib ki, bu barədə ombudsman Elmira Süleymanovanın Teleradioyayım Milli Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciətində deyilir.

Azərbaycanın ombudsmanı N.Məhərrəmlidən bu radionun Şəkidə fəaliyyətinin dayandırılması məsələsinin araşdırılmasında məsələnin qanun çərçivəsində həllini və radionun fəaliyyətinin bərpasına yardım etməyi xahiş edir. Azərbaycanın insan haqları üzrə müvəkkili əmindir ki, belə bir addım seçkiqabağı ictimai-syiasi kampaniyanın işıqlandırılmasında söz azadlığının təmin edilməsinin səmərəliliyinə, eləcə də bu regionun əhalisinin dinamik proseslər barədə məlumatlandırılmasına xidmət edəcəkdir.

Xəbər lenti

Xəbər lenti