...

FUTBOL YIĞMAMIZ UELS MATÇINA HAZIRLAŞMAĞA BAŞLAYIB

Cəmiyyət Materials 4 Oktyabr 2005 13:16 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığması oktyabrın 4-dən bir həftədən sonra Kardiffdə keçiriləcək 2006-cı il dünya çempionatının Uelsə qarşı seçmə matçına hazırlaşmağa başlayıb.

Komandanın baş məşqçisi Vaqif Sadıqov Trend ə bildirib ki, qarşıdakı məşqlərdə bəzi oyunçuların xidmətlərindən yararlana bilməyəcək. Həmçinin, öz karyerasını başa vurmuş forvard Qurban Qurbanov, səhhətində olan problemlərə görə Kəmal Quliyev "Millenium" stadionundakı meydana çıxmayacaq. Bundan əlavə, yarışlardan məhrum edildiyinə görə müdafiəçilər Emin Quliyev və Aftandil Hacıyev də görüşü buraxmalı olacaqlar. Ona görə də yaranmış boşluğu doldurmaq üçün məşqçi Emin Ağaeyvi Rusiyanın "Nosta" komandasından çağıracaq.

Qeyd edək ki, məşqçi toplantıya 23 futbolçu və 5 ehtiyat oyunçu çağırıb.

Xəbər lenti

Xəbər lenti