...

VELOSİPED İDMANI ÜZRƏ KOMANDAMIZ "TUR MAZANDARAN" TURNİRİNDƏ FƏRQLƏNİB

Cəmiyyət Materials 4 Oktyabr 2005 14:25 (UTC +04:00)

Azərbaycanlı velosipedçilər İranda başa çatmış "Tur Mazandaran" beynəlxalq velosiped yarışlarının mərhələlərindən birində bir neçə medal qazanıblar.

Trend ə verilən məlumata görə, yarışların ikinci mərhələsində Elçin Əsədov gümüş, Vüqar Salahov isə bürünc medala layiq görülüb. Yarışın yekunlarına görə komandamız ümumi hesabda, V.Salahov isə şəxsi hesabda 5-cidir.

Velosiped yarışları 6 mərhələdən ibarət idi və burada Azərbaycan, Türkiyə, Bəhreyn, Suriya, Özbəkistan və Gürcüüstandan idmançılar iştirak edirdilər. Yarış sahibləri 6 komanda ilə təmsil olunmuşdu.

Qeyd etmək lazımdır ki, V.Salahov və E.Əsədovdan başqa, Azərbaycanı, həmçinin, Sergey Karqanov, Ruslan Mustafayev, Akşin İsmayılov və Ruhid Qafarov da təmsil edirdilər.

Xəbər lenti

Xəbər lenti