...

GƏLƏN HƏFTƏ FRANSA EKSPERTLƏRİ QIŞ TURİZMİ KOMPLEKSİNİN LAYİHƏSİNİ AZƏRBAYCANA TƏQDİM EDƏCƏK

Cəmiyyət Materials 4 Oktyabr 2005 18:00 (UTC +04:00)

Gələn həftə Fransa ekspertləri qış turizmi kompleksinin layihəsini Azərbaycan tərəfinə təqdim edəcək.Bu barədə Trend ə AR gənclər, idman və turizm nazirliyinin baş turizm idarəsində bildirilib.

Bu ilin yazında Fransa ekspertləri nazirliyin dəvətilə Azərbaycana gəlib və bir ay ərzində yüksək dağlıq rayonlarda-Şamaxı, Quba, Qusar və ölkənin digər regionlarına gedərək həmin yerlərin relyefi və təbiətini öyrənib.Nazirlikdə bildirilib ki, işlərin yekununa əsasən, hesabat tərtib edilib və bu hesabat əsasında da layihə işlənib-hazırlanıb.

Nazirlikdə qeyd olunub ki, İsveç və İran şirkətləri ilə də danışıqlar aparılıb.İlkin mərhələdə Azərbaycanın 3 rayonunda - Şamaxı, Quba və Qusapda belə turizm kompleksinin yaradılması planlaşdırılır. Rusiyanın Olimpiya komitəsindən də təkliflər alınıb.Bu qurum da belə bir layihənin gerçəkləşdirilməsində iştirak etmək arzusunu bildirib.

Xəbər lenti

Xəbər lenti