...

AZƏRBAYCAN VƏ TATARISTANIN OMBUDSMANLARI ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

Cəmiyyət Materials 5 Oktyabr 2005 13:58 (UTC +04:00)

Azərbaycan və Tatarıstanın ombudsmanları Elmira Süleymanova və Rəşid Vagizov hər iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından məlumat verilib.

Görüş Tatarıstan Respublikasının insan haqları üzrə müvəkkilinin Azərbaycana səfəri çərçivəsində keçib. Tərəflər Azərbaycan və Tatarıstanda müvəqqəti yaşayan vətəndaşların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, onların pozulmuş hüquqlarının bərpası məsələsini müzakirə edib. Elmira Süleymanova hər iki ölkənin ombudsman aparatları arasında bu sahədə əməkdaşlığa dair mövcud sazişə dəyişikliyin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Görüşdə tərəflər fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti