...

UELS YIĞMASININ FORVARDI AZƏRBAYCANA QARŞI MAÇTDA OYNAMAYACAQ

Cəmiyyət Materials 6 Oktyabr 2005 15:05 (UTC +04:00)

Futbol üzrə Uels yığması oktyabrın 12-də Kardifdə keçiriləcək dünya çempionatı-2006-nın seçmə matçı qabağı itkiylə üzləşib.

Trend in xəbər verdiyi kimi, qarşıdakı görüşdə komandanın baş məşqçisi Con Toşak məşq zamanı zədələnmiş yığmanın forvardı Kreyq Bellaminin xidmətlərindən yararlana bilməyəcək. "Blekbern Rovers"in hücumçusunun yoxluğu hələ məşq oyunları zamanı bir sıra oyunçularından məhrum olmuş meydan sahibləri tərəfindən uzun müddət hiss olunacaq. Qapıçı Denni Koynun dizi zədələndiyindən onu Ceyson Braun əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti