...

ƏLİ HÜSEYNOV: "İŞÇİ QRUPUNUN GÖRÜŞÜ PARLAMENT SEÇKİSİNDƏN SONRA KEÇİRİLƏCƏK"

Cəmiyyət Materials 6 Oktyabr 2005 16:53 (UTC +04:00)

Dövlət orqanlarının nümayəndələrindən və hüquq müdafiəçilərindən ibarət işçi qrupunun iclasını parlament seçkisindən sonra keçiriləcək. Bu barədə Trend ə işçi qrupun rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin Dövlət Quruculuğu və Hüquq Siyasəti Məsələləri Daimi Komissiyasının sədri Əli Hüseynov məlumat verib.

Ə.Hüseynov: "İşçi qrupunun sentyabr ayının ortalarına təyin edilmiş görüşünün ləngiməsinə səbəb parlament seçkisidir. Çünki hazırda həm qrupa daxil olan hüquq müdafiəçilərinin, həm də mənim başım seçki təbliğatına qarışıb. Yalnız seçki başa çatandan sonra işçi qrununun görüşü baş tutacaq".

Qeyd edək ki, seçkidən sonraya planlaşdırılan iclasda bir qədər əvvəl Avropa Şurasına təqdim olunmuş 107 və 43 nəfərdən ibarət iki siyahı üzrə müzakirələrin aparılması nəzərdə tutulub. Hazırkı vaxta qədər həmin siyahılar üzrə ümumilikdə 71 nəfər azadlığa buraxılıb. Sayca 4-cü dəfə keçiriləcək bu iclasda isə siyahı üzrə azadlığa buraxılmamış məhbusların taleyinin müzakirə olunacağı məhbuslarla bağlı siyahıya bir sıra dəyişikliklər ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti