...

DİNARƏ GİMATOVA: "ÇOXNÖVÇÜULÜK ÜZRƏ YARIŞLARDA UĞURLA ÇIXIŞ ETMƏYƏ ÇALIŞACAM"

Cəmiyyət Materials 7 Oktyabr 2005 16:34 (UTC +04:00)

"Çoxnövçülük üzrə yarışlarda uğurla çıxış etmək üçün səylə məşq etməliyəm". Bu barədə Trend ə azərbaycanlı gimnast Dinarə Gimatova bildirib.

O qeyd edib ki, finala çıxaraq 7-ci yerə layiq görüldüyü lentlə oyunun daxil edildiyi fərdi proqramdakı çıxışından olduqca razıdır. "Mən şadam ki, belə nüfuzlu yarışda Aərbaycanı layiqincə təmsil edirəm. Məni dəstəkləyənlərin hamısına minnətdarlığımı bildirirəm. Mütləq onların ümidlərini doğrultmağa çalışacam", - deyə gimnast vurğulayıb.

Qeyd etmək lazımdır ki, gimnastların lent, ip, gürz və topla bacarıqlarını nümayiş etdirəcəkləri çoxnövçülük üzrə yarışlarda 24 nəfər iştirak edir.

Xəbər lenti

Xəbər lenti