...

MƏTBUAT ŞURASI İLƏ DAXİLİ İŞLƏR NAZİRLİYİ REGİONLARDA MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRƏCƏK

Cəmiyyət Materials 7 Oktyabr 2005 19:20 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası jurnalistlərin kütləvi aksiyalar zamanı özlərini necə aparmalarına dair davranış qaydaları hazırlayır. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib. Qaydalar iki hissədən ibarət olacaq. Birincidə kütləvi aksiyalara qatılan jurnalistlərin Mətbuat Şurası və Daxili İşlər Nazirliyinin birgə layihəsi əsasında hazırlanan, üzərində "PRESS" yazılan xüsusi geyimlərdə olmaları tövsiyə edilir. Bundan başqa media əməkdaşlarına aksiyalar zamanı əsasən jurnalistlər üçün ayrılmış yerlərdə peşə fəaliyyətlərini həyata keçirmələri məsləhət görülür.

Bu tələblərdən kənara çıxma hallarında təzyiqlərə məruz qalmamaq üçün media nümayəndələrinin polislə mitinq iştirakçısı arasında hansı məsafəni seçməsi müəyyənləşməlidir. Bundan başqa jurnalistlər aksiya zamanı təşviqat vasitələri gəzdirməməli, şüarlar səsləndirməməli, zorakılıq hallarında iştirak etməməlidirlər.

Qaydaların ikinci hissəsi "Polis səni saxlamışsa..." adlanır. Bu zaman MŞ-nin jurnalistlərə verdiyi press-kartların jurnalistin üstündə olması vacibdir.

Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə həmin qaydalarla tərəflərin daha yaxından tanış olmaları üçün regionlarda "Seçki kampaniyası dövründə jurnalistlər və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşılıqlı anlaşma" mövzusunda tədbir keçirməyi nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti