...

BEŞ LENTLƏ OLAN PROQRAMDA QRUP TAPŞIRIQLARI ÜZRƏ KOMANDA 8-Cİ YERİ TUTUB

Cəmiyyət Materials 9 Oktyabr 2005 17:00 (UTC +04:00)

Azərbaycanın qrup tapşırıqları üzrə komandası Bakıda keçirilən dünya çempionatında beş lentlə yerinə yetirlən tapşırıqlar üzrə 8-ci yeri tutub.

Trend in məlumatına görə, Valeriya Yeqay, Anna Bitiyeva, Dina Qorina, Alina Trepina və Anastasiya Prasolovadan ibarət komanda kifayət qədər uğurla çıxış edərək yarışın final mərhələsinə çıxıblar. Proqam zamanı idmançılar bir neçə əhəmiyyətsiz səhvlərə yol versələr də, bütünlükdə onlar kifayət qədər yaxşı təəssürat yaradıblar.

Proqramın qalibi isə dünya birinciliyində Rusiya idmançılarının hegemonluğuna son qoyan Bolqarıstan yığması olub. İtaliyalılar gümüş mükafata layiq görülüb, ruslar iüçüncü yerlə kifayətlənməli olub.

3 çənbər və iki gürzlə tapşırıqların icrasında italiyalılar birinci, ikinci yeri Rusiya gimnastları, "bürünc" medala isə beloruslar layiq görülüb.

Xəbər lenti

Xəbər lenti