...

AZƏRBAYCANIN FUBOL ÜZRƏ YIĞMASI DÜNYA ÇEMPİONATININ SEÇMƏ QRUPUNDA AUTSAYDER OLUB

Cəmiyyət Materials 9 Oktyabr 2005 17:12 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığması dünya çempionatının 6-cı seçmə qrupunda oktyabrın 8-də oynanılan növbəti turdan sonra ən axırıncı yerə düşüb.

Trend in məlumatına görə, Vaqif Sadıqovun yetirmələri rəqiblərinin yarımqrup üzrə növbəti matçı keçirdikləri halda oyun gününü buraxıblar. Şimali irlandiyalıların qonağı olan Uelsin 3:2 hesabı ilə qələbəsi onlara qrupda sonuncu yerdən 5-ci yerə qalxmaq imkanı verib. İngilislər də öz meydanlarında Frank Lempardın dəqiq icra etdiyi 11-metrlik cərimə zərbəsi sayəsində Avstriya üzərində minimal qələbəyə (1:0) nail olublar.

Qrupda birinci yeri avtomatik olaraq dünya çempionatının final mərhələsinə buraxılış alan polyaklar tuturlar.

Xəbər lenti

Xəbər lenti