...

TAEKVONDOÇU NİYAMƏDDİN PAŞAYEV İKİNCİ DƏFƏ AVROPA ÇEMPİONU OLDU

Cəmiyyət Materials 10 Oktyabr 2005 17:11 (UTC +04:00)

Azərbaycanın taekvando üzrə yığması Riqada başa çatan Avropa çempionatında bir qızıl, bir gümüş və iki bürünc mükafat qazanıblar.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla Niyaməddin Paşayev (67 kq)s öz titulunu qoruyub saxlaya bilib. Yarışın finalçısı olan Elnur Amanova (58 kq) "qızıl"a çatmağa bir addım çatmayıb, özünün dalbadal ikinci qitə "bürüncü"nə isə Olimpiya oyunlarının iştirakçısı Rəşad Əhmədov (78 kq) layiq görülüb.

Qadınlar arasında birinci üçlüyə daxil olmaqla Şahrun Yusifova üstünlüklə çıxış edib. İdmançı qadının üçüncü yer tutması "zəif cins"in yaşlılar səviyyəsində fərqlənməyəcəyindən ehtiyat edən məşqçi qərargahını xüsusilə sevindirib.

İdmançıların qələbəsi Avropanın ən güclü komandalarından biri olduğunu sübut edən Azərbaycan yığmasına ümumi hesabda üçüncü yer tutmağa imkan verib.

Xəbər lenti

Xəbər lenti