...

ÖLKƏNİN XOKKEY ÜZRƏ ÇEMPİONATINDA NÖVBƏTİ TUR OYNANILIB

Cəmiyyət Materials 10 Oktyabr 2005 18:11 (UTC +04:00)

Oktyabrın 8 və 9-da kişilər arasında Azərbaycanın ot üzərində xokkey üzrə çempionatının Ali və Birinci liqasında növbəti tur oynanılıb.

Trend in məlumatına görə, Ali liqada 8-ci turda aşağıdakı nəticələr qeydə alınıb: Nizami rayonu SDYSŞOR - ELF 5:2; Qusar - Cəlilabad 4:1;
Mingəçevir - Sumqayıt 0:5.

8 turdan sonra birinci yerdə 20 xalla SDYSŞOR Nizami rayonu, ikinci yerdə 19 xalla Sumqayıtın komandası və üçüncü yerdə 13 xalla "ELF" komandası gedir.

10 turdan sonra Birinci Liqada birinci yerdə 24 xalla "Texsil" komandası, ikinci yerdə 21 xalla Gəncə komandası və 11 xalla üçüncü yerdə Sumqayıt komandası gedir.

Xəbər lenti

Xəbər lenti