...

SAMARA VİLAYƏTİNDƏ AZƏRBAYCANIN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 11 Oktyabr 2005 10:36 (UTC +04:00)

Oktyabrın 21-25-də Rusiya Federasiyasının Samara vilayətində Azərbaycanın mədəniyyət günləri keçiriləcək. Azərbaycanın Mədəniyyət Nazirliyindən Trend ə verilən məlumata görə, tədbir Rusiyada Azərbaycan İli çərçivəsində təşkil olunacaq.

Tədbirdə iştirak etmək üçün respublikanın rəsmi şəxsləri və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti Samaraya yola düşəcək. Səfər Samara vilayətinin mədəniyyət və gənclər siyasəti nazirliyi, Tolyatti meriyasının mədəniyyət departamenti, həmçinin, "LASO" milli mədəniyyət mərkəzinin dəstəyi ilə baş tutacaq.

Mədəniyyət günləri çərçivəsində Tolyattidə Azərbaycan kinosu festivalı, Azərbaycan Respublikasının dövlət kamera orkestri və incəsənət ustalarının konserti təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti