...

VAQİF SADIQOV: "KARDİFFDƏ QURBAN QURBANOVA HƏDİYYƏ ETMƏYƏ ÇALIŞACAĞIQ"

Cəmiyyət Materials 11 Oktyabr 2005 17:02 (UTC +04:00)

"Biz Kardiffdə Qurban Qurbanova hədiyyə etməyə çalışacağıq". Bu barədə "Trendə" futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Vaqif Sadıqov oktyabrın 12-də Uels yığmasına qarşı keçiriləcək seçmə matç ərəfəsində bildirib.

O etiraf edib ki, qarşıdakı oyunda hücumçunun xidmətlərindən istifadə etmək niyyətində idi. Lakin futbolçu karyerasının başa çatdığını bildirib. "Mən Qurbanı çox gözəl başa düşürəm və onun bu hərəkətinə hörmətlə yanaşıram", - deyə məşqçi qeyd edib. O, belə hesab edir ki, komanda oyunun uğurlu yekunu ilə həm özünü, həm də hücumçu Q.Qurbanovu sevindirməlidir.

"Futbol meydanında da həyat nə zamansa başa çatır və buna hazır olmaq lazımdır" - deyə V.Sadıqov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti