...

TEMPUS PROQRAMI ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANA TƏXMİNƏN 4 MLN AVRO DƏYƏRİNDƏ VƏSAİT AYRILIB

Cəmiyyət Materials 12 Oktyabr 2005 13:26 (UTC +04:00)

"Tempus proqramı çərçivəsində Azərbaycana təxminən 4 mln avro dəyərində yardım göstərilib". Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, bu vəsaitlər Avropa Birliyi tərəfindən 1995-2005-ci illər, yəni Azərbaycanın bu proqramla əməkdaşlıq etdiyi dövr ərzində ayrılıb. Vəsaitlər ölkədə təhsil sisteminin yaxşılaşdırılması və onun Avropa standartlarına uyğunluğuna yönəldilmiş 19 layihənin həyata keçirilməsinə sərf olunub. Bu prosesə 16 ali təhsil müəssisəsi cəlb olunub. Nəticədə bir çox ali təhsil müəssisələrində yeni fakultələr və ixtisaslar yaradılıb, bir sıra ixtisasların tədris sistemi təkmilləşdirilib, yeni kurslar açılıb.

Hazırda 2005-2006-cı illər üçün 2 yeni layihə işlənib hazırlanıb. Onların həyata keçirilməsində Texniki Universitet, İnşaat-Memarlıq Universiteti, Gəncə Kənd Təsərrüfatı Universiteti və Bakı Dövlət Universiteti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti