...

RAMAZAN AYININ 9-CU GÜNÜNÜN CƏDVƏLİ

Cəmiyyət Materials 12 Oktyabr 2005 13:38 (UTC +04:00)

Ramazan ayının 9-cu günündə, yəni oktyabrın 13-də səhər yeməyi (imsaq) saat 06:37-də, axşam namazı və iftar isə 19:26-da olacaq. Bu barədə Trend Qafqaz müsəlmanları idarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, Ramazan ayının 8-ci günündə, yəni oktyabrın 12-də axşam namazı və iftar saat 19:27-dir. Şamaxı rəsədxanasının hesablamalarına əsasən, ölkə regionlarında vaxt Bakı vaxtından 5-14 dəqiqə sonradır.

QMİ oruc tutan şəxslər üçün hər gün iftar süfrəsi açacaq. İdarə yoxsul müsəlmanları və başqa dinlərin nümayəndələrini bu naharlara dəvət edir.

Xəbər lenti

Xəbər lenti