...

MƏHKƏMƏ QƏRARLARININ İCRASI BAŞ İDARƏSİNİN 15 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ VƏ MÜALİCƏ MƏRKƏZİNDƏ MONTİORİNQ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 12 Oktyabr 2005 16:38 (UTC +04:00)

Oktyabrın 13-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) 15 saylı Cəzaçəkmə Müəssisəsində və Müalicə Mərkəzində montiorinq keçiriləcək. Bu barədə Trend ə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.

Monitorinqin keçirilməsinə səbəb həmin müəssisələrdə cəza çəkən dustaqlar tərəfindən Komitəyə daxil olmuş məktublardır. Komitə sədri həmin məktubları yerində araşdırmaq üçün müəssisələrdə olacaq.

"Əsasən dustaqların qidalanması və onlara qarşı müəssisə əməkdaşlarının münasibəti ilə maraqlanacağıq. Dustaqların hər hansı şikayətləri olarsa, bununla bağlı MQİBİ rəhbərliyinə məlumat verəcəyik", - deyə hüquq müdafiəçisi bildirib.

Xəbər lenti

Xəbər lenti