...

MİLLƏT VƏKİLİ AZƏRBAYCANIN XARİCDƏKİ DİASPORLARININ MADDİ YARDIMA EHTİYACI OLDUĞUNU BİLDİRİB

Cəmiyyət Materials 12 Oktyabr 2005 18:52 (UTC +04:00)

"Azərbaycanın xaricdəki diasporlarının maddi vəsaitə ehtiyacı var". Trend xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı parlamentdə Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin müzakirəsi zamanı vurğulayıb.

Millət vəkili bildirib ki, 2006-gı il dövlət büdcəsindən xaricdə fəaliyyət göstərən Azərbaycan diasporlarına yardımın ayrılmaması onların geniş fəaliyyət göstərmələrinə mənfi təsir göstərə bilər: "Azərbaycanı öyrənən alman bir alim deyib ki, ermənilərin nefti, qazı yoxdur. Amma diasporlarının külli miqdarda pulu var. Azərbaycanın isə nefti, qazı var, ancaq diasporlarının pulu yoxdur".

S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın xaricdə fəaliiyyət göstərən diasporlarına dövlət səviyyəsində maddi yardım göstərilmədiyi halda onlara tələb çox qoyulur: "Mən təklif edərdim ki, bu məsələ 2006-cı il dövlət büdcəsində öz əksini tapsın".

Xəbər lenti

Xəbər lenti