...

ƏBÜLFƏZ QARAYEV: BAZARDAKI TURİZM ŞİRKƏTLƏRİNİN MİQDARI BU SEQMENTİN BAZARININ TƏLƏBLƏRİNƏ CAVAB VERİR

Cəmiyyət Materials 13 Oktyabr 2005 18:06 (UTC +04:00)

Turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin miqdarı durmadan artır.Gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin Trend ə verdiyi ekskluziv məlumata görə, cari ildə 40 yeni şirkət fəaliyyət göstərmək üçün lisenziya alıb. "Beləliklə, hazırda ölkədə 159 turist şirkəti fəaliyyət göstərir ", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ölkədə turizm şirkətlərinin miqdarının yaxşı artım sürəti müşahidə olunur. "Əgər 2001-ci ildə ölkədə 38 belə təşkilat var idisə, bu gün onların sayı 159-dur. Hər il ölkədə 30-40 yeni təşkilat yaranır. Mən hesab edirəm ki, bu kifayət qədər yaxşı artım süərtidir, belə ki, bazar özü şirkətlərin zəruri miqdarını müəyyən edir ", - deyə nazir bildirib.

Onun sözlərinə görə, bazarın turizm şirkətləri ilə zəngin olması məqsədəuyğundar. "Bu gün bazarda turizm şirkətlərinin sayını turizm seqmentinin özü müəyyən edir. Ona görə də mənə elə gəlir ki, bu gün fəaliyyət göstərən şirkətlərin sayı turizm bazarının tələblərini real şəkildə əks etdirir ", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti