...

YUNİSEF Azərbaycanda inkluziv təhsil üzrə layihənin reallaşdırılmasını davam etdirəcək

Cəmiyyət Materials 14 Oktyabr 2005 14:02 (UTC +04:00)

YUNİSEF 2006-cı ildə də Azərbaycanda inkluziv təhsil üzrə layihənin reallaşdırılmasını davam etdirəcək. Trend in məlumatına görə, bu barədə oktyabrın 14-də təsil proqramlarına yardım Mərkəzinin sədri Zəminə Əliqızı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar:inkluziv təhsil" pilot layihəsinin reallaşdırılmasına YUNİSEF-in maliyyə dəstəyi, Azərbaycanın Təhmil Nazirliyinin və Mərkəzin maliyyə yardımı ilə 2005-ci ildən başlanılıb. Layihə fiziki imkanları məhdud olan uşaqların təhsilə cəlb olunması üçün şəraitin yaradılmasına yönəlib. Hazırda layihəyə xüsusi diqqətə ehtiyacı olan 24 uşaq cəlb edilib. Onlar Bakı və Sumqayıtın 4 məktəbində təhsil prosesi ilə əhatə olunublar. Onun sözlərinə görə, bu layihə Azərbaycanda məhdud fiziki imkanlara malik uşaqların təhsil problemlərinin həllinə yönələn ilk layihədir.

Mərkəzin rəhbəri onu da qeyd edib ki, layihə çərçivəsində seminarlar və bu uşaqlarla işləməyə cəlb edilən mütəxəssislərin hazırlanamı üçün treninqlər keçirilir. Layihənin gələcək mərhələləri üçün bir sıra tədbirlər də nəzərdə tutulub. Layihə çərçivəsində layihənin özü və orada iştirak edən uşaqlar barədə materialların toplandığı veb-sayt (www.inkluzivedu.com) açılıb.

Xəbər lenti

Xəbər lenti