...

Pauerliftinq üzrə Azərbaycan yığması dünya çempionatında iştirak edəcək

Cəmiyyət Materials 17 Oktyabr 2005 11:09 (UTC +04:00)

Pauerliftinq üzrə Azərbaycan yığması oktyabrın 17-də Almaniyanın Dessau şəhərində başlanacaq dünya çempionatında iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, komandanın tərkibinə planet kubokunun sahibi Vüsal Mərdanov, İbrahim İbrahimov, Bayram Əliyev, Bəxtiyar Quliyev, Rüstəm Musayev, Kamil Qafarov və Əli Əsgərov daxildirlər. Milli Federasiyanın rəhbəri Ələddin Əliyev hesab edir ki, son illər rəqabətin artmasına baxmayaraq bu idmançılar ən yüksək mükafat uğrunda mübarizə aparmaq gücündədirlər. Onların rəqibləri isə Rusiya, ABŞ, Almaniya və digər ölkələrin idmançıları ola bilər.

Nüfuzlu yarışlarda dəfələrlə mükafat qazanmış Ə.Əliyev isə çempionatın hakimlər korpusunda Azərbaycanı təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti