...

Əflatun Amaşov aeroportda jurnalistlərin fəaliyyəti ilə maraqlanıb

Cəmiyyət Materials 17 Oktyabr 2005 14:25 (UTC +04:00)

Oktyabrın 17-də saat 13.30 radələrində Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyev adına beynəlxalq hava limanına gələrək Rəsul Quliyevin qayıdışını işıqlandırmaq üçün ora gələn jurnalistlərlə görüşüb. Trend in məlumatına görə, Ə.Amaşov bildirib ki, oktyabrın 16-da həbs olunan "Hürriyyət" və "Futbol+" qəzetlərinin iki əməkdaşı oktyabrın 17-də onun səyləri nəticəsində azadlığa buraxılıb. Onun sözlərinə görə, bu gün bir neçə jurnalist də polislər tərəfindən həbs olunub. Onlar üzərlərində jurnalistlərə verilən press-kartların olmaması səbəbindən saxlanılıblar. Mətbuat Şurasının sədri bildirib ki, daxili işlər naziri Ramil Usubovla danışacaq və ondan KİV nümayəndələrinin fəaliyyətinə maneələr yaradılmamasına, təzyiqlərə məruz qalmamasına nəzarət etməsini xahiş edəcək. MŞ sədri Ramil Usubovdan jurnalistlərin aeroporta buraxılmasını da xahiş edəcək.

Ə.Amaşov aeroportda Rəsul Quliyevin qayıdışı prosesini izləyən və hadisələri işıqlandıran jurnalistlərə bir sıra tövsiyələrini də verib.

Xəbər lenti

Xəbər lenti