...

Oksana Parxomenko: Türkiyənin "Guünəş Vaqifbank" klubuna məğlub olmağımıza baxmayaraq, biz dörddə bir finala vəsiqə uğrunda mübarizə aparacağıq

Cəmiyyət Materials 19 Oktyabr 2005 12:43 (UTC +04:00)

"Türkiyənin "Günəş Vaqifbank" klubuna məğlub olmağımıza baxmayaraq, biz Çempionlar Liqasının dörddə bir finalına vəsiqə uğrunda mübarizə aparacağıq". Bu barədə Trend ə "AzərReyl"in kapitanı Oksana Parxomenko komandanın türklərə 2:3 hesabı ilə məğlubiyyətindən sonra bildirib.

O qeyd edib ki, komanda ilk dəfədir ki, yeni tərkibdə meydana çıxıb və bir neçə beynəlxalq təcrübəli voleybolçunun olmaması buna təsir edib. "Buna görə də ilk mərhələlərdə məğlubiyyət qaçılmazdır. Lakin biz yarışlarda uğurla çıxış edəcəyik. "AzərReyl"i hesabdan silmək hələ tezdir", - deyə komandanın kapitanı əlavə edib.

O, həmçinin bildirib ki, yeni və ehtiyat oyunçular yarışda özlərini yaxşı göstərsələr də, bundan da yaxşı çıxış edə bilərlər.

Xəbər lenti

Xəbər lenti