...

İmam Xomeyni adına İmdad komitəsi Ramazan ayı münasibətilə iftar süfrəsi açır

Cəmiyyət Materials 19 Oktyabr 2005 13:47 (UTC +04:00)

"İran İslam Respublikasının İmam Xomeyni adına İmdad komitəsinin Azərbaycandakı nümayəndəliyi müqəddəs Ramazan ayı münasibətilə oktyabrın 19-da saat 19:00-da "Gülüstan" sarayında iftar süfrəsi təşkil edəcək". Bu barədə Trend ə Komitədən məlumat verilib.

Tədbirə müsəlman ölkələrin diplomatları, Azərbaycan hökumətinin rəsmi şəxsləri və ölkə ictimaiyyətinin nümayəndələri dəvət olunublar. Komitənin məlumatına əsasən, Ramazan ayı münasibətilə təşkilat Azərbaycanın 19 şəhər və rayonlarında onun qeydiyyatında olan 40 min yoxsula əlavə ərzaq yardımı göstərir. Bundan başqa, hər gün belə şəxslər üçün iftar süfrələri açılır. Bu günə kimi 16 min yoxsul üçün belə süfrələr təşkil edilib.

Qeyd edək ki, komitə Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir və illik büdcəsi $ 2,5-3 milyondur.

Xəbər lenti

Xəbər lenti