...

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyədə səfərdədir

Cəmiyyət Materials 19 Oktyabr 2005 15:35 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyədə səfərdədir. Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, N.İbrahimov Türkiyənin bir neçə kütləvi informasiya vasitələrinin (KİV) dəvəti ilə səfərə gedib. Komitə sədrinin Türkiyəyə dəvət olunmasında əsas məqsəd Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini öyrənmək, bundan sonrakı əlaqələri barədə dövlət məmurundan məlumatlar almaq, həmçinin, ölkəmizdə baş verən hadisələrə onun münasibətini öyrənməkdir.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyətinin ilk dəfə olaraq Azərbaycana səfərləri Türkiyədə böyük maraqla qarşılanıb, onların kütləvi informasiya vasitələrinin gündəmində qalıb. Türkiyə KİV-ləri Azərbaycanın Şimali Kipr məsələsinə münasibətinə aydınlıq gətirməsi üçün N.İbrahimovla görüşlər keçirmək qərarına gəliblər.

Səfər ərzində Komitə sədrinin Türkiyənin bir çox KİV-lərində görüşlər keçirməsi, müsahibələr verməsi nəzərdə tutulub. N.İbrahimovun qardaş ölkəyə səfəri bu həftənin sonu başa çatacaq.

Xəbər lenti

Xəbər lenti