...

Şəkidə şahmat üzrə 4-cü tur oynanılıb

Cəmiyyət Materials 19 Oktyabr 2005 15:36 (UTC +04:00)

Şəkidə qadınlar arasında keçirilən qadınlar arasında beynəlxalq şahmat turnirinin dördüncü turunda turnirin liderlərinin- azərbaycanlı N.Umudova və ikinci dünya çempionu, rusiyalı şahmatçı Y.Kovalevskaya arasında keçirilən görüşdə kiçik bir "faciə" baş verib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, Nərgiz 128-ci gedişdə partiyanı uduzub.

Beləliklə, dördüncü turdan sonra turnirin yeganə lideri 4 mümkün xaldan 2.5 bal toplayan Y.Kovalevskaya olub. İkinci və üçüncü yerdə 2.5 xalla N.Umudova və gürcü şahmatçısı L.Cjavaxişvilidir.

Xəbər lenti

Xəbər lenti