...

Sankt-Peterburqda turizm üzrə Azərbaycan-Rusiya biznes-forumu keçiriləcək

Cəmiyyət Materials 19 Oktyabr 2005 17:12 (UTC +04:00)

Noyabrın 14-16-da Sankt-Peterburqda turizm üzrə Azərbaycan-Rusiya biznes-fopumu keçiriləcək.Bu barədə Trend ə AR gənclər, idman və turizm nazirliyində bildirilib. Forumda rusiyalı iş adamlarının marağının cəlb edilməsi məqsədilə ölkənin turizm potensialının təqdimatı keçiriləcək.Forum çərçivəsində bu sahəyə vəsait qoyulması perspektivləri barədə müfəssəl məlumatlar təqdim edən sərgilər təşkil ediləcək.

Nazirlikdə həm də qeyd olunub ki, Azərbaycan ilə Sankt-Peterburq administrasiyası arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanması planlaşdırılır.Azərbaycan tərəfi buraya ölkədə turizmin inkişafına investisiyaların cəlb edilməsi, müştərək müəssisələrin yaradılması üzrə layihələr, Azərbaycan və Sankt-Peterburqun tarixi yerlərinə turist səyahətləri təşkil etmək üzrə təkliflər daxil edəcək, habelə iki ölkənin böyük şəhərlərində turist informasiya mərkəzlərinin yaradılmasını təklif edəcək.

Xəbər lenti

Xəbər lenti