...

Rəsul Quliyevə aid məhkəmə iclasında saat yarımlıq fasilə elan edilib

Cəmiyyət Materials 19 Oktyabr 2005 18:03 (UTC +04:00)

Simferopol (Ukraina) şəhərinin Dəmir yolu rayonu məhkəməsinin Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Rəsul Quliyevin İnterpol tərəfindən saxlanılması məsələsi üzrə iclasında saat yarımlıq fasilə elan edilib.Bu barədə Trend ə "NTV" telekanalının Krımdakı nümayəndəliyində bildirilib.

Hazırda ADP sədrinin sənədləri tərcümə və təsdiq üçün verilib. Belə ki, bütün sənədlər ingilis dilində tərtib olunub və bu da onu sübut edir ki, Rəsul Quliyev "BMT-nin yurisdiksiyasında olan qaçqındır".

Qeyd olunub ki, Bakı vaxtı ilə saat 17.00-da məhkəmə iclası davam etdirilib. Amma nə qədər sürəcəyi və bu gün həlledici qərar qəbul ediləcəyi məlum deyil.

Qeyd edək ki, məhkəmə iclası iki saatlıq gecikmədən sonra başlayıb.

Xəbər lenti

Xəbər lenti