...

"Araz" çempionlar Liqasının finalına düşmək fürsətini itirib

Cəmiyyət Materials 19 Oktyabr 2005 20:39 (UTC +04:00)

"Araz" futzal klubu bu günlərdə Bosniyada keçirilən seçmə turnirin yekunlarına əsasən çempionlar Liqasının finalına düşmək fürsətini itirib.

Trend bildirir ki, ikinci tur çərçivəsində komanda "Karaki Mostar"dan olan meydan sahiblərinə məğlub olub.Artıq 10-cü dəqiqədə braziliyalı legioner Anerez qonaqları irəli çıxardı.Amma Dalibor Dunjakın iki dəqiq zərbəsi bosniyalılara xal qazandırıb. Bosniyalıların üçüncü uğurundan sonra Fuad Fərzəliyev fərqi bir topadək azalda bilib - 2:3.

Bu qələbədən sonra bosniyalılar altı xal toplayaraq finala bir tur qalmış Belçikanın "Morlanvens" klubunu iki xal geridə qoyur.

Xəbər lenti

Xəbər lenti