...

Nəsimi rayon məhkəməsi keçmiş maliyyə naziri barədə həbs qəti imkan tədbiri seçib

Cəmiyyət Materials 21 Oktyabr 2005 13:51 (UTC +04:00)

Bakı şəhəri, Nəsimi rayon Məhkəməsi keçmiş maliyyə naziri Fikrət Yusifov barədə 2 aylıq həbs qəti imkan tədbiri seçilməsi barədə qərar çıxarıb. Bu barədə Trend ə vəkil Adil İsmayılov məlumat verib.

"Məhkəmə iclasına hakim Məhərrəm Zülfüqarov sədrlik edib. Mən məhkəməyə etiraz edəndən sonra proses mənim iştirakım olmadan keçirilib və Fikrət Yusifov barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçilməsi barədə qərar çıxarıb. Artıq 3 gündür ki, məni F.Yusifovun istintaq dindirmələrinə çağırmırlar və məndə olan məlumata görə, o, mənim vəkil kimi işə çıxmağımdan imtina edib".

Fikrət Yusifovun qardaşı İlham Yusifov isə faktı təsdiqləyib və bildirib ki, bu gün yeni vəkillə müqavilə bağlamaq fikrindədirlər. İ.Yusifovun sözlərinə görə, F.Yusifov hələ də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılır.

Qeyd edək ki, oktyabrın 16-da şübhəli şəxs qismində saxlanılan Fikrət Yusifov hakimiyyəti zorla ələ keçirməkdə, qanunsuz silah saxlamaqda və digər cinayət əməllərində təqsirləndirilir.

Xəbər lenti

Xəbər lenti