...

Hüquq müdafiəçisi ADP sədrinin həbsdə olan qohumları ilə görüşüb

Cəmiyyət Materials 21 Oktyabr 2005 16:05 (UTC +04:00)

Oktyabrın 21-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ADP sədri Rəsul Quliyevin həbsdə saxlanılan yaxın qohumları ilə görüşüb. Bu barədə Trend ə Elçin Behbudov məlumat verib.

"Oktyabrın 17-də baş veriş hadisələr vaxtı həbs olunanların saxlanma vəziyyətləri ilə tanış olmaq üçün bir neçə saxlanma yerində monitorinq keçirmişik. İnzibati həbs olunmuşların Qaraşəhərdəki saxlanma məntəqəsində həmin hadisələrə görə 32 nəfər saxlanılır. Onların arasında Rəsul Quliyevin qardaşı oğlu Etibar Quliyev də var. Digər saxlanılanlar kimi, E.Quliyev də saxlanma şəraitindən narazılıq etmədi. Bildirdi ki, yalnız həbs olunarkən polis zorakılığına məruz qalıb".

Hüquq müdafiəçisi bildirib ki, növbəti montorinq inzibati həbs olunmuşların Binəqədidəki saxlanma məntəqəsində keçirilib. "Burada isə 19 nəfər saxlanılır. Onların arasında iki jurnalist də var. Saxlanma şəraitindən narazılır yoxdur. Saxlanma müddətləri başa çatanlar dərhal azad edilir və bu proses demək olar ki, hər gün davam edir".

E.Behbudov ADP sədri Rəsul Quliyevin digər yaxın qohumu Məhəmməd Qafarovla da görüşüb. Onun sözlərinə görə, M.Qafarov hazırda Əzizbəyov rayon Polis İdarəsinin saxlanma təcridxanasında saxlanılır. O. hüquq müdafiəçisinə saxlanılarkən polis zorakılığına və təzyiqlərə məruz qaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti